Rusiyada manyakın təhlükəli görüntüləri yayılıb – VİDEO

Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Ufa şəhərində azyaşlı qızın təqib edildiyi görüntülər yayılıb.

Şəhərin Çernikovka yaşayış məntəqəsində naməlum şəxs məktəbin yaxınlığında üçüncü sinif şagirdi olan qızı təqib edib. Həmçinin uşaq meydançasında oğlan uşaqlarına da sataşıb.

Doqquz yaşlı məktəbli qız evə qayıdarkən küçədə bir kişinin onu izlədiyini görüb. Uşaq qorxub və binanın girişinə daxil olub. Evdə bu barədə anasına danışıb.

Valideynlər hadisə ilə bağlı polisə şikayət ərizəsi yazıblar. Bildiriblər ki, kişi daha sonra digər məktəblilərə də qəribə təkliflər edib. Top almaq üçün mağazaya dəvət edib, oğlanlara evə ötürməyi və ya axşam görüşməyi təklif edib. Yerli sakinlər onun manyak olduğunu düşünürlər.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi