Rusiyada kişi çoxmərtəbəli binanın eyvanından paraşütlə tullandı – VİDEO

Rusiyanın Balaşixa şəhərində bir nəfər çoxmərtəbəli binanın eyvanından paraşütlə tullanıb.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsi özünün “Telegram” kanalında məlumat yayıb.

Hadisə şahidləri tərəfindən lentə alınan video sosial şəbəkələrdə yayılıb.

Hadisə barədə hüquq-mühafizə orqanlarına yerli sakin məlumat verib.

“Məsələ ilə bağlı araşdırma aparılır”, – deyə polis bildirib.

Binadan özünü atan şəxsin kimliyi müəyyənləşdirilir, onun əməlinə hüquqi qiymət veriləcək.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi