Rusiyada göl qəfildən bütünlüklə yoxa çıxdı – FOTO/VİDEO

Rusiyada göl qəfil şəkildə bütövlükdə yoxa çıxıb. Söhbət Yakutiyada, Çerkex kəndi yaxınlığında olan göldən gedir.

Artıq rusiyalı alimlər bu fenomeni araşdırmaq üçün ekspedisiya təşkil ediblər. Onlar baş verənlərin səbəbləri barədə danışmağın hələ tez olduğunu və tədqiqatların ilkin nəticələrinin fevralın 6-dan sonra məlum olacağını deyiblər. Bununla belə mütəxəssislər son vaxtlar belə hadisələrin sayının çoxaldığını vurğulayıblar.

Yeri gəlmişkən, bəzi ekspertlər düşünürlər ki, gölün yoxa çıxması ilə dekabrda Xanqalas rayonu ərazisində qəfildən peyda olan çay arasında əlaqə var. Məlumata görə, həmin çayın suyu hətta 40 dərəcə şaxtada belə donmur.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi