Rusiyada faciə: Məşhur nəsildən olan qadını ayı parçaladı – VDEO

Sankt-Peterburqda dəhşətli hadisə baş verib. Belə ki, Rusiyada məşhur Zapaşnı-Simado-Maslyanovlar sirk ustaları sülaləsinə məxsus olan qadın uzun illərdir təlim etdiyi ayı tərəfindən parçalanıb.

Bu barədə regionun İstintaq Komitəsinin İstintaq İdarəsi məlumat yayıb.

Zərərçəkən təcili yardım gələnə qədər vəfat edib. Polis əməkdaşları heyvanı güllələyiblər.

“İlkin məlumata görə, Parqolovo qəsəbəsindəki sahəsində iki ayı saxlayan qadına heyvanlardan biri hücum edib. Zərərçəkən hadisə yerində vəfat edib. Hücum edən ayı polis əməkdaşları tərəfindən güllələnib. İkinci ayı qəfəsdədir və ətraf üçün təhlükə yaratmır”, – deyə məlumatda vurğulanıb.

Məlumatda o da qeyd edilir ki, peşəkar təlimçi olan və bir çox mükafatlara sahib olan qadın 2015-ci ildən heyvanları öz sahəsində saxlayırmış.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi