Rusiyada ən soyuq gecədə sakinlər qeyri-adi mənzərə gördülər – FOTO

Rusiyada ötən gecə maraqlı təbiət hadisəsi qeydə alınıb.

Moskva şəhəri və Moskva vilayətinin sakinləri şaxtalı hava fonunda işıqlı sütunları müşahidə ediblər.

Bu qeyri-adi və əsrarəngiz görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılıb.  

Qeyd edək ki, Rusiya paytaxtında ötən gecə qış başlayandan bəri ən soyuq gecə olub və temperatur təxminən -27 dərəcəyədək düşüb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi