QafqazTimes xəbər verir ki, bazar günü Rusiya Müdafiə Nazirliyinin sözçüsü Rusiya müdafiə bölmələrinin Ukrayna ordusunun bütün növ pilotsuz təyyarələri və raketlərini, o cümlədən “Hymars” raketini hədəfə almağa müvəffəq olduğunu açıqlayıb.
“Tass” xəbər agentliyinin məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov mətbuat konfransında deyib: “Rusiya hava hücumundan müdafiə sistemləri son 24 saat ərzində “Donetsk Respublikası” və “Xerson” ərazilərində 16 “Haymar”, “Olqa” və “Uraqan” raketlərini zərərsizləşdirib.”
Onun sözlərinə görə, 24 saat ərzində Rusiya hava hücumundan müdafiə bölmələri Donetsk və Luqansk şəhərləri yaxınlığında 4 Ukrayna pilotsuz təyyarəsini vurub.
Bu yaxınlarda Rusiya prezidenti Belqorod qubernatoru Vyaçeslav Qladkovla görüşündə Rusiya hava hücumundan müdafiə bölmələrinin vəziyyətini çox müsbət qiymətləndirib.
Bu görüşdə Rusiya prezidenti Vladimir Putin ölkənin hava hücumundan müdafiəsi üçün raketlərin kütləvi istehsalına işarə edib. Putin həmçinin bəyan edib: “Amerika “Patriot” raketlərini istehsal edir, lakin analoji raketlər bizdə üç dəfə çox istehsal olunur. Hava hücumundan müdafiə raketlərinə gəlincə, Rusiya istehsalı bütün dünya istehsalı ilə müqayisə edilə bilər. Həmçinin, raketdən müdafiə sistemlərimiz qabaqcıl və etibarlıdır.”
Qeyd edək ki, Ukrayna və Qərb hərbi rəsmiləri 11 ay ərzində Ukraynaya minlərlə artilleriya mərmisi və raket atdıqdan sonra Rusiyanın silahlarının tükəndiyini iddia edirlər.