Rusiya TikToku “yerə endirdi”

QafqazTimes.com Forbes-ə istinadən xəbər verir: TikTok Moskvanın yerə enmək tələbini yerinə yetirməyə məcbur oldu. Bu artıq “yerə enmə” tələbinə təslim olan 4-cü kompaniyadır. Servis öz səhifəsində və saytında rusiyalılar üçün  elektron əks-əlaqə imkanı qoyub. Bundan qabaq Apple, Viber və Likeme Moskvanın tələbini yerinə yetirmişdi.

Filial açmaq və nümayəndəlik işə salmaq tələbləri hələ ki, müzakirə edilir. Roskomnadzorun bu tələbləri ciddidir. 1 yanvardan başlayaraq ölkədə sutkalıq 500 min istifadəçisi olan internet-kompaniyalar o ölkədə nümayəndəlik açmalı və fəaliyyətlərinə görə məsuliyyət daşımalıdırlar. Roskomnadzor 13 kompaniyanın siyahısını hazırlayıb: Meta, Twitter, TikTok, Telegram, Zoom, Apple, Google, Spotify bu sıradadır.  Apple və Likeme iki tələbi yerinə yetirib.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır