Rusiya rəhbərliyi vulkanları qızıl yataqlarından üstün tutdu – FOTO

Rusiya rəhbərliyi Kamçatka vulkanlarını qızıl yataqlarından üstün tutan qərar qəbul edib.

Belə ki, vulkanların Dünya İrsi Siyahısından məhrum edilməsinin qarşısını almaq üçün 15 milyard rubldan (263,4 milyon manat) çox investisiyadan imtina edilib.

Bu barədə Kamçatkanın qubernatoru Vladimir Solodov bildirib.

Onun sözlərinə görə, Kamçatka hakimiyyəti “Rodnikovoye” və “Mutnovskoye” qızıl yataqlarına, eləcə də bir neçə kiçik yataqlara investisiyalardan imtina edib.

Kamçatka vulkanları dünyanın ən görkəmli vulkanik bölgələrindən biri kimi 1996-cı ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Obyektin ümumi sahəsi Kronotski Təbiət Qoruğu, Cənubi Kamçatka Təbiət Qoruğu və bir neçə təbii park da daxil olmaqla təxminən 4 milyon hektardır.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi