Rusiya qırıcısı ABŞ PUA-sını raketlə vurdu (Video izlə)

Rusiya qırıcısı ABŞ-a məxsus pilotsuz uçuş aparatına yaxın məsafədə uçaraq ona siqnal raketləri ilə atəş açıb.

ABŞ Hərbi Hava Qüvvələri nümayəndəsinin sözlərinə görə, rusiyalılar “MQ-9 Reaper” dronunu vurmağa çalışıblar.

“Rusiya raketlərindən biri “MQ-9” PUA-sına tuş gələrək onun pərinə ciddi ziyan vurub. Biz Suriyadakı Rusiya qüvvələrini bu ehtiyatsız, təxribatçı və qeyri-peşəkar davranışa dərhal son qoymağa çağırırıq”, – ABŞ Hərbi Hava Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri general-leytenant Aleks Qrinkeviç deyib.

Onun sözlərinə görə, dronu uzaqdan idarə edən ekipaj üzvlərindən biri onu havada saxlayaraq bazaya qaytara bilib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi