Rusiya qırıcıları Suriya ərazisində təkfirçilərin mövqeyini hədəfə aldı

Rusiya qırıcıları Suriya ərazisində təkfirçilərin mövqeyini hədəfə aldı

Rusiya Mərkəzi Hərbi Komandanlığının rəsmisi Suriyanın Homs ərazisində yerləşən təkfirçi düşərgəsini məhv etdiyindən xəbər verib.

İRNA-nın məlumatına əsasən, Yuri Popov bu gün (3 iyun) deyib: Suriya Homs rayonunun keçilməz dağlıq ərazisində məskunlaşmış təkfirçi qrupların düşərgəsini tamamilə məhv etdik. Suriyanın hərbi mərkəzinə ağır hücumlar hazırlayan Cəbhətun Nəsrə terrorçu qruplaşması tamamilə məhv edildi.

Yuri Popov həmçinin qeyd edib: Rusiyanın bu hücumu Əl Tənf bölgəsindən Əbu Rəcmin dağlıq ərazisinə gedən terror qruplaşmasını tamamilə məhv etdi.

Xatırladaq ki, ötən aylarda Suriya Milli Ordusunun Qədim Homs şəhərində apardığı anti-terror əməliyyatları nəticəsində xeyli sayda vəhşi yaraqlı ünsürlər darmadağın edilmişdi. Nəticədə Ordu Birlikləri Cubbul Cəndəl və sair məntəqələri, habelə əl- Vəlidiyyə olmaqla yanaşı digər təhsil ocaqlarını yaralı ünsürlərdən təmizləmiş və azad olmuş məntəqələrin kontrolunu tam nəzarət altına almışdılar.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib