Qafqaztimes xəbər verir ki, xarici medialar Qara dənizdə Rusiyanın “kalibr” adlı qanadlı raketlərinin atıldığını və bununla Rusiyanın NATO-nun bölgədəki son hərbi manevrlərinə qarşı güc nümayiş etdirdiyini bildirmişlər.
İTAR-TASS xəbər agentliyinin məlumatına görə Rusiya frekateynləri çərşənbə axşamı günü Qara dənizə bir neçə qanadlı raket atmışdır. Bundan əlavə yeni peyk şəkillərində Ukrayna yaxınlığında Rusiya hərbi birləşmələri və Su-30 döyüş təyyarələrinin Krımda yerləşdirilməsi də öz əksini tapıb.
Məlumata görə, “kalibr” qanadlı raketlərinin atılması Rusiya Qara Dəniz Donanmasının 20-dən çox döyüş gəmisinin “Su-25” təyyarəsinin heyəti ilə birgə keçirdiyi təlim vaxtı baş verib. Təlimdə 50 döyüş təyyarəsi iştirak edib.