Rusiya Qəzzədə atəşkəs istəyir

Rusiyanın xarici işlər naziri Fələstin-İsrail münaqişəsi zəminində Qəzzədə dərhal atəşkəs olmasının zərurətini vurğulayıb.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Sergey Lavrov  jurnalistlərə açıqlamasında deyib: Yaxın Şərqdə atəşkəsin təmin olunması üçün təcili tədbirlər görmək lazımdır

O bildirib ki, İsraillə Fələstin arasında danışıqlara qayıtmaq lazımdır: “Atəşkəsdən sonra danışıqların bərpasına ehtiyac var”.

Tassın verdiyi məlumata görə Lavrov deyib: Bundan artıq can itkisinin olmaması, humanitar yardımların çatdırılması, sivil insanlara daha artıq ziyan dəyməməsi üçün atəşkəs elan olunmalıdır.

Bunun indiki şəraitdə çox çətin bir iş olduğunu vurğulayan Lavrov qeyd edib: Atəşkəs elan olunduqdan sonra BMT-nin 1968-ci il qərarına əsasən Fələstin dövlətinin qurulması barədə ciddi və birbaşa müzakirələrin yenidən bərpası da lazımdır.

Qeyd edək ki, Tel Əvivin Qəzzədə soyqırımına başlamasından və regiondakı ağır vəziyyətdən sonra Amerika və İngiltərə sionist rejimin özünü müdafiə etməsi bəhanəsilə atəşkəslə razı deyil. Onlar humanitar yardımların Qəzzəyə çatdırılmasında səy göstərdiklərini iddia etsələr də faktiki olaraq əksinə rəftar edirlər.

Related posts

Niderlandın xarici işlər nazirinin İsrailə səfəri ləğv edilib

Britaniya hökuməti Netanyahu və Qallantı həbs etməyə hazırdır

Türkiyə: İsrail rəsmiləri üçün çıxarılmış həbs orderi ədalətin yaşamasına bir ümiddir