Rusiyanın xarici işlər naziri Qərbin Rusiyaya qarşı sanksiyalara qoşulmaq üçün Orta Asiya ölkələrinə təzyiqləri daha da şiddətləndiyini deyib.
Fars Xəbər Agentliyinin məlumatına əsasən, Sergey Lavrov bir mətbuat konfransında Avropa İttifaqı, ABŞ və Yaponiyanın Orta Asiya ölkələrinə təzyiqini vurğulayaraq deyib: Onlar bu ölkələri rəsmi Moskvanın Qərblə müharibədə məğlub olacağı və elə ilk başdan qalib tərəfə keçmələri üçün əməkdaşlıqdan çəkinməyi təklif edirlər.
S.Lavrovun sözlərinə görə Qərb ölkələri Orta Asiyaya təkcə notalarla deyil, təhdidlərlə dolu digər təzyiqlərdən də əl çəkmirlər.
S.Lavrov həmçinin deyib: Biz bu ölkələri iqtisadi arenada Rusiyanın lehinə çıxış etməkdə israrlı deyilik və Moskvaya qarşı sanksiyalara müxalif olduqlarını demələrini də istəmirik. Orta Asiya ölkələrindən yeganə istəyimiz budur ki, bu embarqolara qoşulmasınlar.
Rusiya XİN başçısı çıxışının sonunda deyib: Moskva dost müttəfiq və ortaqları ilə Qərbin meylinə aidiyyatı olmayan yeni əməkdaşlıq vasitələri tapacaq.