Rusiya müqavimətə yaxın veb saytların bağlanmasını qınadı

Qafqaztimes xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Əl-Aləm, Əl-Məsirə və Press TV-nin veb saytları da daxil olmaqla müqavimətə yaxın 30-dan çox saytın bloklanmasını qınayıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova, ABŞ-ın internet provayderlərinin 22 iyun tarixində 30-dan çox veb sayta girişi məhdudlaşdırdığını qeyd edib.

Zaxarova həmçinin deyib: “Veb saytların siyasi səbəblərdən bağlanmasını və Vaşinqtonun mənafeyi naminə demokratik dəyərlərdən imtina edilməsini qınayırıq.”

Xatırladaq ki, ABŞ Ədliyyə Nazirliyi 1 iyul çərşənbə axşamı günü İslam Yayım Birliyinin istifadə etdiyi 33 veb saytın və İraqın “Kətaib Hizbullah” hərəkatına aid üç saytın “ABŞ sanksiyalarının pozulması” bəhanəsi ilə bloklanması barədə bir açıqlama vermişdir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib