Rusiya kosmik işlərdə inqilabi yenilik etdi – FOTO

Beynəlxalq Kosmik Stansiyada sınaqlar çərçivəsində 3D printerdə detal çap edilib.

Bu barədə “Roskosmos”un rəsmi “Telegram” kanalında məlumat verilib.

Bildirilir ki, kosmosda istifadə üçün xüsusi olaraq hazırlanan cihaz stansiyaya çatdırıldıqdan sonra 3D çap texnologiyası çəkisizlik şəraitində testdən keçirilib. Rusiyalı kosmonavt Sergey Prokopyev filamentin (ərimiş polimer ip) qat-qat qoyulması üsulundan istifadə edərək nümunə detalı çap edib.

Hesab olunur ki, bu üsul gələcəkdə kosmik gəmilər üçün lazım olan elementləri və konstruksiyaları kosmosda çap etməyə imkan verəcək.

“Məsələn, Ay ekspedisiyalarında kosmonavtlar artıq lazımi komponentlərin və konstruksiyaların Yerdən gəmilərə çatdırılmasından asılı olmayacaq, onları birbaşa kosmosda çap edə biləcəklər”, – deyə məlumatda vurğulanıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi