Rusiya İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmasını dəstəkləyir

Qafqaztimes xəbər verir ki, Rusiya xəbər agentliyi Tassın verdiyi məlumata görə, Rusiya nümayəndə heyəti çərşənbə günü Tacikistanın Düşənbə şəhərində keçirilən Şanxay Əməkdalıq Təşkilatının  Xarici İşlər Nazirləri Toplantısında ŞƏT-in inkişaf perspektivləri nəzərə alınaraq İranın ŞƏT-ə üzv olmaq üçün müraciətinin dəstəklənməsinin lazım olduğunu söyləyib.

Çərşənbə günü Tacikistan paytaxtında keçirilən ŞƏT sammitində iştirak edən Rusiya nümayəndə heyəti rəsmisi deyib: “ŞƏT-in genişləndirilməsi tədricən həyata keçirilməli və üzv dövlətlər, müşahidəçi dövlətlər və dialoq tərəfdaşları arasındakı tarazlıq qorunmalıdır.” O, həmçinin deyib: “Hazırda İranın quruma üzv olmaq barədə müraciətini dəstəkləmək üçün yaxşı bir vaxt olduğu qənaətindəyik.”

Rusiya rəsmisi, eyni zamanda Əfqanıstanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq üçün müraciət edən digər bir ölkə kimi, hazırkı mərhələdə regional təşkilata qoşulmağa namizəd olmadığını vurğulayıb.

Hazırda Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) dünyanın ən böyük iqtisadi güclərindən sayılan yer Çin, Hindistan və Rusiya da daxil olmaqla səkkiz üzvü vardır.

Related posts

Niderlandın xarici işlər nazirinin İsrailə səfəri ləğv edilib

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

Britaniya hökuməti Netanyahu və Qallantı həbs etməyə hazırdır