Rusiya helikopterləri Suriyadakı Amerika bazalarını çəkib + Video

QafqazTimes xəbər verir ki, Rusiya mənbələri Suriyadakı iki qeyri-qanuni Amerika bazası üzərində uçan rus helikopterlərinin görüntülərini yayımlayıblar.

“Ros Vesna” saytı iki video yayımlayaraq Rusiya helikopterlərinin “Əl-Malkiyyə” (Şimali-Şərqi Suriya) və “Himo” (Şimali-Şərqi Suriya) ərazisindəki qeyri-qanuni Amerika bazaları üzərində uçuşlar apardığını və bu iki bazada olan texnika və insanları qeydə aldığını elan edib.

Rusiya saytı əlavə edib ki, adıçəkilən bazaların üzərindən uçuşlardan məqsəd Amerika koalisiyasına onların evlərində qalmalarını xatırlatmaqdır.

Bundan əvvəl Rusiyanın “Avia. Peru” xəbər agentliyi bu yaxınlarda ABŞ-ın Suriyada neft oğurluğu və Suriya resurslarının qonşu ölkələrə qaçaqmalçılıq yolu ilə aparılmasının fotolarını dərc etmişdi.

Avia.Peru xəbər verib ki, Rusiya döyüş helikopteri Suriyada patrul xidməti apararkən Suriya neftini İraqa qaçaqmalçılıq yolu ilə aparan onlarla yük maşınından ibarət karvanla qarşılaşıb.

Suriyaya qarşı apardığı onillik müharibədə ABŞ, terrorizm və İŞİD-lə mübarizə bəhanəsi ilə bu ölkədəki separatçı qüvvələrə dəstək vermiş və Suriyanın neftlə zəngin ərazilərini işğal etmişdir.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp daha əvvəl açıq şəkildə bəyan etmişdi ki, bu ölkə ordusunun Suriyada fəaliyyəti neft quyularına görədir.

Related posts

Qəzzədə fəal olan HƏMAS tunelləri haqqında şok edici statistikalar

İnsanlığa xəyanət…

Tramp Çinə 104 faiz rüsum tətbiq etdi