Rusiya hərbçiləri ukraynalıların gizlətdiyi beş milyon dollarlıq maşını tapdılar – VİDEO

Rusiya hərbçiləri Ukraynanın “Azov” alayının qalmaqallı “Azovets” zirehli maşınını taparaq qazıb  çıxarıblar.

2015-ci ildə dizayn edilmiş “Azovets” maşını, yaradıcılarının fikrincə, beş milyon dollara başa gəlib.

Lakin maliyyə qalmaqalı səbəbindən maşının sonrakı sınaqları və təkmilləşdirilməsi işlərinə son verilib.

Məlum olub ki, bahalı maşına müşahidə cihazı adı ilə adi domofon kameraları quraşdırılıb və üstəlik, qiyməti də dəyərindən yuxarı olub. Ukrayna Hərbi Prokurorluğu və Ukrayna Təhlükəsizlik Xidməti məsələ ilə bağlı istintaq işi açıb.

Daha sonra “Azovets” Kiyevdə onun hazırlanması ilə məşğul olan mütəxəssislərdən oğurlanıb və oğurlayanların “Azov” alayının döyüşçüləri olduğu ehtimal edilir. Maşın “azov”çuların bazalarından birində gizlədilib.

“Azovets”in tapılmasına yerli sakinlər kömək ediblər.

Lakin rusiyalı ekspertlərin fikrincə, ciddi silahlanma və zirehlərə baxmayaraq, “Azovets” döyüş üçün yararsızdır.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi