Rusiya analitiki: İran regionda Amerika və İsrailin nüfuzunu azaldıb

Rusiyanın bir siyasi analitiki Amerikanın İran qarşısında məğlubiyyətə yaxın olduğunu, artıq rəsmi Tehranla bağlı siyasətlərində aciz qaldığını vurğulayaraq deyib: İran regionda Amerika və İsrailin nüfuzunu azaldıb.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Timur Fominko bir məqalədə amerikalılara artıq Tehranın uduş kartlarına sahib olduğunu, Vaşinqtonun tam nokaut vəziyyətində qaldığını xatırladıb.

Russia Todaydə yayımlanan bu məqalədə Donald Trampın prezidentlik dövründə Bərcam nüvə proqramından birtərəfli çıxma qərarı barədə yazıb: Onun birtərəfli surətdə Bərcamı tərk etməsi Con Bolton, Mayk Pompeo və digər kabinet üzvlərinin təsiri altında olub.

Fominkonun sözlərinə görə onların bu qərarı əvvəldə İran əleyhinə vəhşicəsinə olsa da 5 ildən sonra acizliklərinin fərqinə vardılar.

“Dünya çox dəyişib. Vaşinqtonu beynəlxalq qanunlara laeydliyi indi göz qarşısında olduğu üçün dolların dövriyyədən çıxma prosesi davam etməkdədir. Pandemiyanın da bu proseslərə təsiri çox böyük oldu. ABŞ-ın Çinlə rəqabəti, Ukrayna müharibəsi və bu kimi amillər də təsirsiz deyildi” – deyib analitik.

Fominkonun sözlərinə görə İranın uran zənginləşdirilməsi məsələsi, dron istehsalı və modern raket layihələri, Çinin lütfkarlığı ilə Rusiya ilə münasibətlər, həmçinin İranın Səudiyyə Ərəbistanı ilə əlaqələrinin normallaşması ABŞ və İsrailin regiondakı qüdrətini və nüfuzunu zəiflədib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib