Rusiya: ABŞ Ukrayna xalqının problemlərini artırır

QafqazTimes xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov cümə axşamı səhər deyib: “ABŞ Ukrayna və onun xalqı üçün problemləri və çətin günləri uzadır.”

Ölkəsi müxtəlif iqtisadi böhranlar, o cümlədən enerji, qiymət artımı və son 40 ildə görünməmiş inflyasiya ilə üzləşdiyi bir vaxtda ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Vladimir Zelinski ilə Vaşinqtonun Kiyevə yeni hərbi yardımı barədə danışıqlar aparıb.

“Mən Zelinskiyə məlumat verdim ki, Birləşmiş Ştatlar Ukraynaya əlavə 1 milyard dollar təhlükəsizlik yardımı, o cümlədən artilleriya, sahil müdafiəsi silahları, həmçinin artilleriya və qabaqcıl raket sistemləri üçün sursat verəcək”, – deyə Bayden bildirib.

ABŞ-ın Ukrayna üçün yeni silah-sürsat yardım paketi müdafiə naziri Lloyd Ostinin Brüsseldə həmkarı ilə görüşü ilə eyni vaxtda təqdim olunacaq.

Bu yardım paketi ABŞ-ın silah ehtiyatlarından artıq müdafiə vasitələri, eləcə də Ukraynanın təhlükəsizlik yardım layihəsindən istifadə etməklə maliyyələşdirilir.

ABŞ-ın Ukrayna üçün yeni silah paketində gəmi əleyhinə “Harpun” raketləri, təhlükəsiz rabitə radioları, gecəgörmə avadanlıqları və təlimlər də nəzərdə tutulub.

Related posts

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib

Yəmənin atdığı raket hədəfə çatmamış 20 nəfər yaralandı – video

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq