Rusiya ABŞ-ın Suriyadakı ekstremist əməliyyatlarını qınayır

Suriyada düşmən tərəflərinin barışdırılması üzrə Rusiya Mərkəzi rəhbərinin müşaviri admiral Oleq Qorinov rəsmi Moskvanın ABŞ-ın Əl Həsəkə vilayətində ekstremist əməliyyatlarına etirazını bildirib.

Əl Aləm telekanalının məlumatına əsasən, admiral Qorinov Suriya müqavimət dəstələrinin ABŞ hərbçilərinə qarşı əməliyyatları barədə Vaşinqtonun iddialarına aydınlıq gətirərək Əl Həsəkə vilayətində ABŞ hərbçilərinin ekstremist rəftarları Suriya müqavimət dəstələrinin qəzəbinə səbəb olub.

İtarTassa müsahibə verən Qorinov həmçinin Rusiya-Türkiyə birgə anti-terrorizm kəşfiyyatlarının səyləri nəticəsində bir sıra həqiqətlərin üzə çıxdığını da vurğulayıb.

Qorinov həmçinin deyib: Biz ABŞ-ın təxribatçı rəftarları barədə onlara etirazımızı elan etmişik və Qərb alyansının münaqişənin həlli ilə bağlı sazişi pozduqları üçün regionun təhlükəsizliyinə zərbə vurduqlarını da onlara demişik.

Rusiya rəsmisi həmçinin ötən sutka ərzində İdlibdə terrorçu Cəbhətun Nəsr qruplaşması və İslami Türküstan Partiyası tərəfindən silahlı atışma faktlarının aşkarlandığından xəbər verib.

Related posts

İsrailin İranla Müharibəsi Gündə Yüzlərlə Milyon Dollara Başa Gəlir

Hizbullah Baş Katibi Şeyx Nəim Qasimin İran Əleyhinə Amerika-“İsrail” Təcavüzü Barədə Bəyanatı

Adını belə çəkməyə qorxduğunuz o lider dərsinizi verdimi?