Rusiya ABŞ-ı “dost olmayan ölkələr” siyahısının önünə əlavə etdi.

Qafqaztimes xarici KİV-ə istinadən xəbər verir ki, çərşənbə axşamı Rusiya ABŞ-ı dost olmayan ölkələrin ön sıralarına əlavə edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Rusiya prezidenti Vladimir Putinin bu haqda qərarından sonra ABŞ-ın bu siyahıda qalacağını söyləyib.

“Newsweek”-in məlumatına görə, Rusiyanın 1-ci kanalında yayımlanan “Rusiyanın dostu olmayan ölkələr” adlı siyahıda ABŞ ön cərgədə gəlib.

Ukrayna, Litva, Çexiya, Estoniya, İngiltərə və Gürcüstan da Rusiyanın dostu olmayan ölkələr siyahısında gələn digər ölkələrdir.

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə, siyahı hələ tamamlanmayıb, deyib. Kanada və Avstraliya da bu siyahıda olma ehtimalı olan ölkələrdəndir.

Rusiyalı millət vəkili Oleq Şin, Almaniyanın və Fransanın Rusiyanı dəfələrlə tənqid etməsinə baxmayaraq siyahıya salınmadığını söyləyib. O, qeyd edib ki, bunun səbəbi hər iki ölkənin Vaşinqtondan müstəqilliyi və onların Moskva danışıqlarının bir hissəsi olmalarıdır.

Related posts

Qəzza Qəssabı dünyanı xilas edəcək?

Sionist rejimin Suriyanın qərbində və mərkəzindəki hərbi mərkəzlərə hücumları

Zeynəb Nəsrullah: Müqaviməti yox etmək yuxusu heç zaman çin olmayacaq (ətraflı)

1 şərh

safetoto Mart 11, 2023 - 6:05 səhər

I’m writing on this topic these days, safetoto, but I have stopped writing because there is no reference material. Then I accidentally found your article. I can refer to a variety of materials, so I think the work I was preparing will work! Thank you for your efforts.

Add Comment