Rusiya: 1100-dən çox Ukrayna hərbi obyekti məhv edilib

QafqazTimes xəbər verir ki, Rusiya ordusu son 24 saat ərzində 110 Ukrayna əsgərinin silahlarını yerə qoyduğunu və Rusiyanın xüsusi hücumu nəticəsində Ukraynanın xeyli sayda hərbi obyektinin məhv edildiyini bildirib.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bazar ertəsi gecə Ukrayna ilə döyüşün son nəticələrini açıqlayarkən deyib: “Son 24 saat ərzində daha 110 Ukrayna əsgəri könüllü olaraq silahlarını yerə qoyub.”

Rusiya Müdafiə Nazirliyi daha əvvəl bəyan etmişdi ki, silahı yerə qoyub müqavimət göstərməyənlərin hamısı ailələrinə qaytarılacaq.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü həmçinin bildirib ki, “Rusiyanın xüsusi əməliyyatı başlayandan bəri 1100-dən çox Ukrayna hərbi obyekti məhv edilib.”

Onun sözlərinə görə, bu obyektlərə 31 komanda və rabitə mərkəzi, 81 S-300, Book M-1, Osa raket kompleksləri və 75 radar stansiyası daxildir.

Konaşenkov bildirib: “311 tank və zirehli texnika, 42 təyyarə və helikopter, 51 reaktiv yaylım atəşi sistemi, 147 səhra artilleriyası və minaatan, 263 hərbi texnika məhv edilib.”

Qeyd edək ki, ötən cümə axşamı səhər saatlarında Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqindəki regionun (Luqansk və Donetsk) rəhbərlərinin hərbi yardım xahişinə cavab olaraq Donbas bölgəsində xüsusi əməliyyat keçirməyə göstəriş verib.

Related posts

Sara Netanyahu mühakimə olunacaq!

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil