Rusdillilər ABŞ-da təqib olunur

QafqazTimes.com TASS-a istinadən xəbər verir: RF İnsan haqları üzrə komissar Tatyana Moskalkova Amerikada rusdilli icmanın təzyiqə məruz qaldığını bildirib. Hüquq müdafiəçisi deyir ki, bitib-tükənməyən axtarış və istintaqlar səbəbindən ABŞ-da həmvətənlərin koordinasiya şurasının fəaliyyətini dayandırmağa məcbur olub. Moskalkova beynəlxalq hüquq-müdafiə təşkilatlarını ABŞ-dakı rusdillilərin hüquqlarının müdafiəsinə çağırıb.

Koordinasiya şurası noyabrın ortalarında fəaliyyətini dayandırıb. Səbəb 300 rusiyalının ABŞ xüsusi orqanları tərəfindən istintaqa cəlb edilməsidir. RF səfirliyi ABŞ hökumətindən tələb edib ki, rusiyalıların təqibinə son qoyulsun. Diplomatik missiya rusiyalıların qeydyyatsız xarici agent kimi çalışması bəhanəsi ilə düşmən münasibəti ilə üzləşməsinə etiraz edib.

Related posts

BMT nümayəndəsi Suriyada azad seçkilər istəyir

Qəzza Qəssabı dünyanı xilas edəcək?

Colani: Suriyadakı silahlı qruplar müdafiə nazirliyi ordusuna cəlb ediləcək