Rumıniyada deputat həmkarının burnunu dişlədi – VİDEO

Mayın 21-də rumıniyalı deputat Dan Vılçan parlamentin iclası zamanı Liberal Partiyasından olan həmkarı Florin Romanın burnunu dişləyib.

Hadisə parlamentin foyesində baş verib. Deputatlar əvvəlcə əlbəyaxa olub, bir-biri ilə dava ediblər.

“O, məni adamyeyən kimi baş nahiyəmdən dişləməyə çalışdı və başımı aşağı salanda dizi ilə vurdu”, – Roman bildirib.

Onun sözlərinə görə, bu, döyüş deyildi, hücum idi.

Vılçan da öz növbəsində təxribata məruz qaldığını, bundan sonra Romanın çiynindən tutduğunu, lakin onunla döyüşmədiyini deyib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi