Ruh çağırma ayini icra etdilər: 36 məktəbli xəstəxanalıq oldu

Kolumbiyanın Timbiki şəhərindəki 36 məktəbli ruhları çağırma oyunundan sonra qıc olma və görmə qabiliyyətinin müvəqqəti itkisi ilə xəstəxanaya yerləşdirilib.

Bəzi uşaqlar isə seansdan sonra huşunu itirib.

Təhsil müəssisəsi rəhbərliyi uşaqların üzərinə müqəddəs su səpməli olub.

“Məktəbli qızlardan birinə müqəddəs su dəydikdə çox qeyri-adi hadisə baş verdi. O müqavimət göstərməyə başladı. Sonra başqa bir şagird ilə də eyni hal yaşandı. Baş verənləri heç nə ilə izah etmək mümkün deyil”, – deyə məktəbin direktoru Emilio Balanta bildirib.

Məlumata görə, bütün zərərçəkənlər artıq sağalıb.

Mümkün versiyalardan birinə görə, məktəblilər sosial şəbəkədə tapdıqları yeni trendin qurbanı olublar.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi