Romada dəbdəbəli mağazalara kütləvi şəkildə boya töküblər – FOTO

“Ultima generazione” ekoloji hərəkatının fəalları Romanın mərkəzində İspaniya meydanının yaxınlığında divarlara boya töküblər.

Məlumata görə, aksiyada iştirak edən aktivistlər yoldan ötənlərlə də dava ediblər. Aksiya polis onları saxlayana qədər davam edib.

Qeyd edək ki, buna qədər ekofəallar aksiyalar keçirmək üçün memarlıq abidələrini və ya sənət əsərlərini, o cümlədən Uffitsi Qalereyasını və ya Vatikan Muzeylərini seçirdilər. Onlar həmçinin vaxtaşırı magistral yolları bağlayır və ya fəvvarələrə və Venesiyadakı Böyük Kanala boyalar töküblər. Lakin onlar bir qayda olaraq, zərərsiz və ekoloji cəhətdən təmiz maddələrdən istifadə edirdilər. Bu yolla fəallar ictimaiyyətin diqqətini iqlim dəyişikliyi probleminə cəlb etməyə çalışırlar.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi