Riyabkov: Buşehr elektrik stansiyasının ikinci və üçüncü bloklarının inşası üçün İranla əməkdaşlığa davam edəcəyik

Qafqaztimes xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Riyabkov çərşənbə axşamı jurnalistlərə İİR-nın Buşehr nüvə stansiyasında əməkdaşlığı dayandırmağın mümkün olmadığını və Tehranla Moskvanın stansiyanın ikinci və üçüncü bloklarını inşa etmək üçün birgə çalışmağa davam edəcəklərini söyləyib.

O, Buşehr elektrik stansiyasında tikinti işlərinin dayandırılmasının mümkünlüyü ilə bağlı suala cavab olaraq, “Xeyr, mümkün deyil. Buşehrdə əməkdaşlıq davam edəcək, yəni ikinci və üçüncü blokların inşasında.”

“Onlar müxtəlif mərhələlərdədirlər, amma dayanmayacaqlar. Bununla əlaqədar bir şey dəyişdirmək üçün heç bir səbəb yoxdur”, deyə Riyabkov əlavə edib.

İTAR-TASS agentliyinin verdiyi məlumata görə, Rusiyanın “Rosatom” nüvə enerjisi şirkəti, ümumi gücü 2100 meqavat olan Buşehr nüvə stansiyasının inşasının (ikinci və üçüncü blokun) ikinci mərhələsini həyata keçirir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib