Reuters İran Təhlükəsizlik və Kəşfiyyat nazirliyinə yeni sanksiya tətbiqini iddia edir

Reuters Xəbər Agentliyi Amerikanın İranın eks prezidenti Mahmud Əhmədinejada və Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə qarşı sanksiyalar tətbiq etdiyindən xəbər verib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, ABŞ Xəzinədarlıq Departamentinin rəsmiləri bu gün (18 sentyabr) müxbirlərə açıqlamasında elan ediblər ki, rəsmi Tehranın regiondakı təxribatlarına görə cavab verməsi üçün rəsmi Vaşinqton öz səylərini davam etdirir.

Reuters həmçinin iddia edib ki, ABŞ rəsmiləri bu sanksiyanın səbəbini elə bu gün azad olunmuş 5 amerikalı məhbusun həbsidir. Həmçinin amerikalı rəsmilərin fikrincə İranın nüvə proqramı zəminində diplomatik müzakirələr üçün qapılar tam bağlı deyil.

Məlumatda həmçinin BMT Baş Assambeleyası haşiyəsində İranın nüvə məsələsi barədə danışıqların ehtimal olunmadığı da qeyd edilir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib