Regionda vəziyyət gərginləşərsə, İran məsuliyyət daşıyır

İsrail müharibə nazirliyini rəsmisi regiondakı gərginliklərə görə İranı günahlandırıb.

Əl Ərəbiyyənin The Times of Israel-ə  istinadən verdiyi xəbərə görə, bu barədə Daniel Haqari deyib: İran vəziyyəti daha da gərginləşdirmək qərarının nəticələri ilə üzləşəcək. İsrail yüksək hazırlıq vəziyyətindədir. Biz də cavab verməyə hazırıq

Sionist rejim müharibə nazirliyinin sözçüsü həmçinin deyib: İsrail ordusu “İsraili İranın gələcək təcavüzündən müdafiə etməyə hazırlığını artırıb”.

Xatırladaq ki, bu gün İran Hörmüz boğazında Portuqaliya bayrağı altında üzən gəmini ələ keçirib. Portuqaliya bayrağı altında üzən “MCS Aries” konteyner gəmisi israilli milyarder Eyal Oferə məxsus olduğunu təsdiqlənib. Bildirilib ki, qrupun gəmiyə endirilməsi üçün İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) aid olduğu iddia edilən helikopterdən istifadə olunub.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur