Real Madridin ulduzu komanda yoldaşını ələ saldı: “Stulların kralı” – VİDEO

Antonio Rüdiger komanda yoldaşı David Alabanı “Bavariya” ilə görüşdən sonra ələ salıb.

Məlumata görə, almaniyalı futbolçu “Bavariya” ilə görüşdə qalib gəldikdən sonra fotoqraflardan stul alaraq David Alabaya verib.

Futbolçu bunu etməsinin səbəbini belə izah edib.

“David Alaba Çempionlar Liqası oyunlarına çıxmadan finala vəsiqə qazandı. Oturaraq çempion olacaq. Ona “stulların kralı” demək istədim. Ona görə bunu etdim”.

Qeyd edək ki, Antonio Rüdiger 2022-ci ildən “Real Madrid” klubunun şərəfini qoruyur.

Xatırladaq ki, dünən Çempionlar Liqasının yarımfinal oyunları çərçivəsində baş tutan “Real Madrid” – “Bavariya” qarşılaşmasında meydan sahibləri 2:1 hesabı ilə qələbə qazanaraq finala vəsiqə qazanıblar.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi