Rafael Ağayev göz yaşlarına hakim ola bilmədi: “Onun yerini həyatda heç nə vermir” (Video izlə)

Azərbaycan karateçisi, 5 dəfə dünya, 11 dəfə Avropa çempionu, Olimpiya oyunlarının ikincisi Rafael Ağayev ARB kanalında yayımlanan “Onun Sirri” verilişində göz yaşlarını saxlaya bilməyib.

Tanınmış idmançıya dünyasını dəyişmiş anası ilə bağlı sual verilərkən göz yaşlarına hakim ola bilməyib.

“6 il xərçəng xəstəsi idi. Əlimizdən gələni etdik. Amma olmadı. İnsan həyatda istədiyi çox şeyi əldə edə bilir, amma Allahın işinə qarışmaq olmur.

Mənim həyatda ən həssas yerim anamdır. Axır vaxtlar çox həssasam. Allah həyatını itirən bütün analara rəhmət eləsin, qalanlara uzun ömür, cansağlığı versin. Hər kəs valideyninin qədrini bilsin. Tanış, dostlar sağ olsunlar, amma ananın yerini həyatda heç nə vermir”, – deyə Rafael Ağayev bildirib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi