Radikal nazir sözünü geri götürdü

Sioninst rejimin radikal təhlükəsizlik naziri Tel Əvivdə nzirlər kabineti əleyhdarlarına qarvı dini aksiyaya çağırış sözünü geri götürüb.

Əl Aləm telekanalının məlumatına əsasən, İtamar Ben Qvir dünən (27 sentyabr) yəhudilərin “Əfv günü”ndə aksiya çağırışı fikrini dəyişib.

İ24 kanalından yayımlanan bəyanatda deyilir: Əfv günündə anti-yəhudi aktlarının təkrarlanmayacağı barədə ifratçı solçu liderlərin verdiyi vədi nəzərə alaraq artıq cümə xşamı günü qərara alınmış dini ayinlərin keçirilməsinə ehtiyac yoxdur.

Ben Qvir həmçinin bəyanatda deyib: Solçu ifratçıların Tel Əvivin mərkəzində anti-yəhudi aktlar keçirməsinin düzgün olmadığını anlamaları sevindirici haldır.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur