Radara düşüb, amma protokolu ala bilməyən sürücü cəriməni ləğv etdirə bilər? – İZAH

Qanunvericilikdə sürücülərin inzibati məsuliyyətə cəlb edilməsi ilə yanaşı, məsuliyyətdən azad edilməsi halları da mövcuddur. Bu hallardan biri radara düşən sürücülərlə bağlıdır.

İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsində qeyd olunub ki, bu məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz.

Bu o deməkdir ki, radar və ya kamera vasitəsilə cərimələnən sürücünün protokolu 1 gün ərzində onun Asanpay.az saytında yaratdığı elektron kabinetə yerləşdirilmirsə, həmin protokol ləğv edilməlidir. Yəni, sms vasitəsilə və ya ünvanına kağız daşıyıcıda protokolu göndərməklə məlumatlandırılan sürücü, 1 gün ərzində həmin protokolu elektron kabinetində görmürsə, bu barədə Dövlət Yol Polisinə müraciət etməklə həmin protokolu ləğv etdirə bilər.
Bunun üçün hər bir sürücü Asanpay.az saytında elektron kabinet yaratmaqla bütün bunlardan xəbərdar ola bilər.

Related posts

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO