Quttereş: Qəzzə “davam edən kabus”a çevrilib

Quttereş: Qəzzə “davam edən kabus”a çevrilib

BMT baş katibi Qəzzədəki vəziyyətin “davam edən kabus” olduğunu qeyd edərək heç kəsin Fələstin xalqının soyqırımını əsaslandıra bilməyəcəyini deyib.

İRNA-nın məlumatına əsasən, Antonio Quttereş BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxış edərkən deyib: Dünyamızdakı vəziyyət stabil deyil və biz belə davam edə bilmərik. Fələstinlilərin kollektiv cəzalandırılmasına heç nə haqq qazandıra bilməz. Cəzasızlıq, qeyri-bərabərlik və qeyri-müəyyənlik dayanıqlı olmayan dünyaya qapı açır.

BMT baş katibi bu böhranın həll olunma imkanı olduğuna işarə edərək deyib: Biz beynəlxalq problemlərin həll oluna biləcəyinə əmin olmalıyıq. Amma bu hadisələr BMT nizamnaməsi və hüquqlara zidddir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib