Quran və İraq bayrağı yandırıldı, İsveç səfiri qovuldu, diplomatik əlaqələr pozuldu

Bu yaxınlarda rəsmi Stokholmun razılığı ilə həyata keçirilən Quranın yandırılmasına etiraz edənlər İsveçin Bağdaddakı səfirliyinə hücum edərək binanı yandırmağa cəhd göstəriblər.

Əl Aləm telekanalının məlumatına əsasən, İraq dövləti İsveçin Bağdaddakı səfiri Cessika Svardströmün ölkədən çıxarılması barədə qərar qəbul edib.

Məlumata görə bu gün Stokholmdakı səfirliyi qarşısında bir daha Quran və İraq bayrağı yandırıldığı üçün iraqlılar daha da hiddətə gəlib.

Bu barədə İraqın Baş naziri Məhəmməd əs-Sudani bəyanatla çıxış edərək deyib ki, İraq hökuməti rəsmi Bağdadın Stokholmdakı müvəqqəti işlər vəkilini geri çağırmaq haqqında qərar qəbul edib.

Hadisə zamanı səfirlik əməkdaşlarından heç kim xəsarət almayıb.

İsveçin Bağdaddakı diplomatik missiyasının nümayəndələri agentliyin insidentlə bağlı suallarına cavab verməyiblər.

Qeyd edək ki, buna qədər İsveç polisi İraqın ölkədəki səfirliyi yaxınlığında Quranın yandırılmasına icazə verib.

Qalmaqallı aksiya polisin icazəsi ilə iyunun 28-də Stokholmun mərkəzindəki Medborjarplatsen meydanında baş tutub. İraqdan olan 37 yaşlı mühacir Salvan Momika Quranın səhifələrini qopararaq yandırıb. İyulun 19-da Stokholm polisi İraq səfirliyi qarşısında oxşar nümayişin keçirilməsi ilə bağlı müraciəti təmin edib. 

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib