Quldurluq edən şəxslər belə tutuldu – VİDEO – FOTO

Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq etməklə zərərçəkmişə ümumilikdə 2000 ABŞ dolları və 190 manat ziyan vurmaqda şübhəli bilinən rayon sakini Zərbəli Çigəliyev və Şirvan şəhər sakini Xəqani Günəşov saxlanılıblar. Həmin şəxslərin zərərçəkmişə məxsus evə gizlin daxil olaraq hədə-qorxu gələrək quldurluq etmələri müəyyən edilib.

Faktla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Məqaləyə dair fotomateriallar:

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir