Qüdsdə şəhadət əməliyyatı həyata keçirən şəxsin ailə üzvləri saxlanılıb

Qafqaztimes xəbər verir ki, ərəb mediası işğal altındakı Qüdsdə şəhadət əməliyyatının icraçısı Fadi Əbu Şəxidəmin həbs edilən qızının fotolarını yayıb.

Əl-Cəzirə xəbər telekanalı bildirib ki, sosial media istifadəçiləri HƏMAS liderinin qızının saxlanmasını sərt şəkildə qınamış və Əbu Şəxidəmin qəhrəman olduğunu və onun etdiklərinin Fələstin məsələsinin maraqlarına uyğun olduğunu vurğulamışlar.

Əbu Şəxidəmin qızının 12 yaşı tamam deyil. Bu arada sionist hərbçilər Qüdsdə şəhadət əməliyyatının icraçısının həyat yoldaşını da həbs ediblər.

Əl-Cəzirə telekanalının məlumatına görə, Əbu Şəxidəmin həyat yoldaşı İordaniyadan qayıdan kimi həbs olunub. İsrail telekanalı Kan da onun İordan çayının qərb sahilini İordaniya ilə birləşdirən Əl-Nəbi körpüsündə saxlandığını bildirib.

Related posts

Qəzza Qəssabı dünyanı xilas edəcək?

Sionist rejimin Suriyanın qərbində və mərkəzindəki hərbi mərkəzlərə hücumları

Zeynəb Nəsrullah: Müqaviməti yox etmək yuxusu heç zaman çin olmayacaq (ətraflı)