Qüds kilsəsinin baş yepiskopu: Yəmənə qarşı müharibəni dayandırın

Qafqaztimes xəbər verir ki, Qüdsdəki pravoslav Kilsəsinin arxiyepiskopu Yəmənə qarşı müharibənin dayandırılmasının vacibliyini vurğulayıb.

Əl-Əhd-in məlumatına görə, Ətaullah Hana cümə günü deyib: “Biz Yəməndə günahsız insanların hədəfə alınmasına qarşıyıq və bu müharibəni dayandırmağın vaxtıdır”.

Bu din xadiminin Qüdsdə Yəmən xalqını müdafiə etməsi Livan xarici işlər nazirinin Səudiyyə koalisiyasının təcavüzünə qarşı açıqlamalarının bu günlərdə regional mediada manşetlərə çevrildiyi və koalisiya üzvlərinin qəzəbinə səbəb olduğu bir vaxta təsadüf edir.

Qeyd edək ki, Livanın baş naziri Nəcib Mikatinin hökumətində bu yaxınlarda informasiya naziri seçilən tanınmış livanlı media fəalı və jurnalisti Corc Qərdahi məşhur “Xalq Parlamenti” televiziya şousunda açıq şəkildə Yəmənə qarşı bu təcavüzə son qoymağa çağırıb.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır