Qüds günü Əl-Əqsa məscidində sionistlərin cinayətləri; 2 şəhid və 205 yaralı

Qafqaztimes xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyəti, İsrail qüvvələrinin Əqsa Məscidində ibadət edənlərə etdiyi hücumda və Qüdsün Şeyx Cərrah məhəlləsindəki nümayişçilərə basqında təxminən 205 nəfərin yaralandığını bildirib.

Məlumatda, beş fələstinlinin gözünə plastik güllələr dəydiyi və yaralarının ağır olduğu bildirilir. Bu güllələr vasitəsilə daha beş nəfər isə baş nahiyəsindən yaralanıb. Qalan şəxslər isə digər əzalardan yara alıblar. 88 yaralı müalicə üçün xəstəxanaya aparılıb və Qızıl Aypara Cəmiyyəti 20 nəfəri isə hadisə yerində tibbi yardım edib.

Əl-Əqsa məscidindəki şiddətli qarşıdurmalar çox sayda sionist polisin məğrib namazından sonra məscidə hücum etməsindən və ibadət edənləri müqəddəs məsciddən çıxmağa məcbur etməsindən sonra baş verib.

Digər tərəfdən isə Şeyx Cərrah məhəlləsində oturaq aksiya keçirən bir sıra fələstinli də sionist rejimin işğalçı hərbiçiləri tərəfindən həbs olunublar.

Bundan əlavə, İsrail əsgərləri cümə güne -Beynəlxalq Qüds Günündə iki gənc fələstinlini şəhid etmişlər.

Related posts

İran: ABŞ-la heç bir əlaqəmiz yoxdur

İran əleyhinə yeni qətnaməyə reaksiya

Netanyahunu görən olub? ))