Qüds batalyonları: Sionistlərlə müharibə davam edir! + Video

QafqazTimes xəbər verir ki, Fələstinin Qüds Briqadaları telegram hesabında “Siz buradan gedənə qədər sizinlə döyüşəcəyik” başlıqlı video yayımlayaraq, Cenin düşərgəsində uzaqdan bomba partlayışı əməliyyatının görüntülərini nümayiş etdiriblər.

“Qüds” batalyonları vurğulayıb: “Cümə axşamı sübh qüvvələrimiz Cenin düşərgəsinə daxil olduqdan sonra sionist xüsusi təyinatlılarını güclü tələyə salmış və onları hər tərəfdən atəşə tutmuşlar. Nəticədə onların bəziləri ağır yaralanmışdır. Həmişəki kimi qalib batalyonlarımız döyüş cəbhələrində işğalçıların burnunu yerə sürtmək üçün yeniliklər etdilər.”

Bu briqada əlavə edib: “Briqadanın xüsusi səhra bölmələri bilavasitə sionist hərbi patrullarını qumbaraatanlarla hədəfə almışlar.”

“Qüds” batalyonları həmçinin vurğulamışdır ki, onlar cinayətkar işğalçıların istənilən təcavüzünü dəf etməyə hazır olacaq və güllələrin işğalçıların sinəsinə tuş gəlməsi üçün hər cür səy göstərməkdən çəkinməyəcəklər.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur