Bakıda qudalar arasında baş verən insidentlə bağlı rəsmi açıqlama verilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti bildirib ki, hadisə cari ilin aprel ayında baş verib:
“Fakt üzrə cinayət işi başlanılıb. Qohumuna xəsarət yetirən şəxs saxlanılaraq istintaqa təhvil verilib və barəsində həbs qətimkan tədbiri seçilib”.
Qeyd edək ki, Sabunçu Rayon İcra Hakimiyyətinin həyətində baş verən mübahisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Belə ki, İH həyətində qudalar əlbəyaxa olublar.
Daha sonra qudalardan biri avtomobilini onun üzərinə sürüb.
Hadisə anının görüntülərini təqdim edirik: