Qubad İbadoğlu: Azərbaycan hakimiyyəti xalqımıza zərər, ermənilərə qazanc verir!

Azərbaycan Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğu bu ilin 1-ci yarımilliyində Ermənistana gələn turistlərin sayının 600 min nəfərə çatdığını bildirib. O qeyd edib ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən də çoxdur. Bu dövrdə Ermənistanda iqtisadi artım 11,8 faiz, xidmət bölməsində artım isə 26,9 faiz olub. Bəs Ermənistanın iqtisadiyyatında belə yüksək iqtisadi artımı şərtləndirən hansı amillərdir?

Qubad İbadoğlu düşünür ki, Ermənistanda iqtisadi liberallaşdırma, anti-korrupsiya və məhkəmə islahatları nəticəsində əlverişli olan biznes mühiti ora xüsusilə də Rusiyadan sərmayələrin və transferlərin həcmini artırıb. Bununla yanaşı, Azərbaycanın quru sərhədlərinin bağlı olması yay turist mövsümü dövründə Ermənistanın xidmət sektorunun gəlirlərin artımına, Qarabağın işğaldan azad edilməsi dövlət xərclərinin azalmasına gətirib çıxarıb və hər iki amil iqtisadi artıma müsbət təsir göstərib. Belə ki, Azərbaycanla quru sərhədlər bağlanmasına görə, turistlər yolunu Ermənistandan salır.

Azərbaycan Demokratiya və Rifah Hərəkatının rəhbəri həmçinin bildirib ki, Gürcüstana gələn və Cənubi Qafqazın digər ölkəsini də gəzmək niyyətində olan əcnəbilər Azərbaycanla quru sərhədlərin bağlı, Bakıya uçuş qiymətlərinin bahalığını nəzərə alaraq Ermənistana səfər etməyə üstünlük verirlər. Beləliklə Ermənistan Gürcüstana gələn turistlərin bir qismini ölkəsinə cəlb edir və onlardan qazanır, bunun da başlıca səbəbi iki ildən çox müddətdə Azərbaycanın quru sərhədlərinin bağlı qalmasıdır. Bir sözlə, Azərbaycan hakimiyyətinin səbatsız siyasətindən biz itiririk, ermənilər və gürcülər qazanır.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Qərbin “qadın azadlığı” şüarı səmimi deyil

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib