Qrossi: İranın nüvə proqramı çox böyük sürətlə irəliləyir

QafqazTimes xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi çərşənbə axşamı deyib ki, İranın nüvə proqramı çox böyük sürətlə irəliləyir.

“Reuters” xəbər agentliyinin məlumatına görə, jurnalistlərə açıqlama verən Rafael Qrossi iddia edib ki, İranın nüvə proqramı potensial və imkanlar baxımından genişləndirməkdədir.

Atom Enerjisi Təşkilatının baş direktorunun bu bəyanatı İran Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi tərəfindən yüzlərlə yeni və qabaqcıl sentrifuqaların işə salınması göstərişinin verilməsindən bir gün sonra verilib. Bu göstəriş Strateji Fəaliyyət Qanununun tətbiqi çərçivəsində verilmişdir və bu mövzu daha əvvəl də Atom Enerjisi Təşkilatına bildirilmişdi.

Qeyd edək ki, MAQATE-nin Rəhbərlər Şurasının bu il, iyunun 18-də qətnamə qəbul edərək, İranı nüvə məsələsində əməkdaşlıq etməməkdə ittiham etmişdi. Həmin gün İranın Atom Enerjisi Təşkilatı bəyanat yayaraq, Beynəlxalq Atom Enerjisi Agentliyinin İranda bir sıra əlavə təhlükəsizlik kameralarının fəaliyyətinin dayandırıldığını elan etmişdi.

Bu hadisələr Vyanada sanksiyaların ləğvi ilə bağlı danışıqların bir neçə aydır kəsildiyi bir vaxtda baş verir. Bu danışıqlar başlayandan bəri ABŞ hökuməti danışıqların gedişi üçün əməli surətdə addımlar atmaq əvəzinə, dəfələrlə müxtəlif tərəfləri danışıqlar prosesini ləngitməkdə və onun yolunda maneələr yaratmaqda ittiham etməyə çalışıb.

Related posts

Franklin: Yəhudilər…

Senders: İsrailin bütün qanunları pozduğu göz qarşısındadır

Yəhudilər…