Qrossi: İranın nüvə obyektləri İsrailin zərbəsi nəticəsində zərər görməyib

Qrossi: İranın nüvə obyektləri İsrailin zərbəsi nəticəsində zərər görməyib

Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş direktoru oktyabrın 26-na keçən gecə İsrailin endirdiyi zərbə nəticəsində İran ərazisindəki nüvə obyektlərinə ziyan dəymədiyini deyib.

İran medialarının verdiyi məlumata əsasən, Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi bu gün (26 oktyabr) “X” sosial media hesabında İran nümayəndələrinə istinadən yazıb: İranın nüvə obyektləri zərbələrdən təsirlənməyib. AEBA müfəttişləri təhlükəsiz ərazidədirlər və vacib işlərini davam etdirirlər. Mən ehtiyatlı olmaqla yanaşı, nüvə materiallarına təhlükə yaradan hərəkətlərdən çəkinməyə çağırıram.

Related posts

Tramp Çinə 104 faiz rüsum tətbiq etdi

Hollandiya İsrail rejiminin səfirini çağırıb

Türkiyə İsraillə məxfi danışıqlar aparır