Qrossi: İran müsbət addımlar atır

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi agentliyin Rəhbərlər Şurasının Vyanada keçirilən iclasında İranla bağlı hesabatını təqdim edib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Rafael Qrossi AEBA Rəhbərlər Şurasının 35-ci sessiyasında deyib: Əldə edilən nəticələrə görə İran müsbət addımlar atır və agentliyin nəzarətinin yenidən bərpası ilə əlaqədar əməkdaşlıqları dəyərləndirir.

Baş direktor həmçinin deyib ki, müfəttişliyin əsas ehtiyacı olan bu məsələ ilə bağlı razılıq əldə edilib və indi İranla birgə bəyanatın icrası prosesinə başlanılıb və bu sahədə irəliləyiş əldə olunub.

Qrossi həmçinin vurğulayıb: Hazırda ən vacib olan şey bəyanatda yer alan bütün öhdəliklərin gecikmədən yerinə yetirilməsidir”.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib