Qrossi: Danışıqların davamı üçün üçün tezliklə Tehrana gəlmə imkanı var

Qrossi: Danışıqların davamı üçün üçün tezliklə Tehrana gəlmə imkanı var

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş direktoru Rafael Qrossi danışıqların davamı üçün tezliklə Tehrana gəlmə imkanından xəbər verib.

Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Rafael Qrossi bu gün (25 mart) Bloomberg Agentliyinə verdiyi müsahibədə deyib: Biz çox vacib bir məqamdayıq. Prezident Trampdan İranın Ali Rəhbərinə məktubda mesajlarından xəbərimiz var.

Rafael Qrossi həmçinin İranın nüvə proqramında əvvəlki razılaşmaları nəzərə alaraq iddia edərək deyib: Bizim İranın heç vaxt nüvə silahı istehsal etməməsi barədə ortaq bir məxrəcə gəlməyə ehtiyacımız olduğu aydın məsələdir.

Xatırladaq ki, İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi martın 17-də Avstriyanın paytaxtı Vyana şəhərində Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş direktoru Rafael Qrossi ilə görüşdə ABŞ-a xəbərdarlıq edib ki, təcavüz aktı həyata keçirərsə, onu ağır zərbələr gözləyir.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib