QORXXULU XƏBƏRDARLIQ: Təhlükəli asteroid Yerə yaxınlaşır

Diametri 1 km-ə qədər olan potensial təhlükəli asteroid 6037 (1988 EG) avqustun 23-də Yerdən təxminən 6 milyon km uzaqlıqdan keçəcək.

Bu barədə avqustun 8-də NASA-nın Yerə Yaxın Obyektlərin Tədqiqi Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

Obyekt UTC vaxtı ilə 08:18-də (Bakı vaxtı ilə 12:18) planetə mümkün qədər yaxınlaşacaq.

Asteroidin diametri 430-960 metr, sürəti isə saniyədə 14,25 km-dir.

Qeyd edək ki, potensial təhlükəli obyektlər Yerin orbitindən 7,5 milyon km-dən az məsafədə keçən obyektlərdir.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi