Qonşu ölkədən Azərbaycana qanunsuz keçmək istəyənlər TUTULDULAR – FOTO/VİDEO

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən iki nəfər Azərbaycan vətəndaşı saxlanılıb.

Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Araşdırma zamanı saxlanılan şəxslərin 1995-ci il təvəllüdlü Ağstafa rayon sakini Abdullayev Məqsəd Vidadi oğlu və Yevlax rayon sakini Dərviş İsmayıl Qnyaz oğlu olmaları müəyyən edilib.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.

Related posts

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video

Qusarçayın üzərindəki körpü BAĞLANDI – FOTO/VİDEO