Qonşu ölkədə qocalar evində faciə: 20 ölü (Video izlə)

Rusiyanın Kemerovo şəhərində, Tavriçeskaya küçəsində yerləşən ikimərtəbəli özəl qocalar evində yanğın baş verib. Bu barədə ölkənin Fövqəladə Hallar Xidməti məlumat verib.

Məlumata görə, yanğınsöndürənlər gələnə qədər binanın dam örtüyü alova bürünüb. Yanğının sahəsi 180 kvadratmetr olub. Bildirildiyinə görə, məlumatın FHN-ə gec çatdırılması yanğının güclənməsinə şərait yaradıb. Yanğınsöndürmə əməliyyatına 80-dən çox insan, 28 texnika cəlb olunub.

Yanğının söndürülməsinə nail olunub. Lakin ikinci mərtəbə tamamilə yanıb. Birinci mərtəbəsini dükanların təşkil etdiyi binada 26 nəfər olub.

Son məlumatlara görə, yanğın nəticəsində 20 nəfər ölüb. İki nəfər isə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib və vəziyyətləri ağırdır. Daha dörd nəfər ambulator müalicə üçün buraxılıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi